İranda MKİ əməkdaşına ölüm hökmü verilib

İranda MKİ əməkdaşına ölüm hökmü verilib

İranda Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluqda ittiham olunan şəxsə ölüm hökmü verilib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə İran İislam Respublikasının Ali Məhkəməsinin rəsmi nümayəndəsi Qulam Hüseyn İsmaili jurnalistlərə açıqlamasında bəyan edib.

“MKİ-nin casuslarından biri olan Əmir Rəhimpura ölüm hökmü verilib. Ali Məhkəmə qərarı qüvvədə saxlayıb”, – deyə İsmaili bildirib.

O vurğulayıb ki, təqsirləndirilən şəxs İranın atom proqramı ilə bağlı informasiyanı ABŞ kəşfiyyatına ötürməyə cəhd edib.

Gununsesi.org

COMMENTS