Gədəbəy rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, qəza fevralın 3-də saat 12 radələrində qeydə alınıb.
Samanlıq kənd sakini Sadıq Musayev idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Bayram Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
COMMENTS