Braziliyanın Minas-Jerays ştatında ölkəyə yağan aramsız yağış və torpaq sürüşmələri nəticəsində 14 nəfər həyatını itirib.
Gununsesi.org-un məlumatına görə, bu barədə “Qlobu” telekanalı xəbər verib.
Həmçinin 7 nəfərin xəsarət aldığı bildirilir. Ştatın 2500-ə yaxın sakini evsiz qalıb.
Hazırda təbii fəlakət zonasında xilasedicilər işləyir. Onların dağıntıları aradan qaldırır. Eləcə də itkin düşmüş şəxslərin axtatışları davam etdirilir.
Espiritu-Santu ştatında isə bir həftə davam edən aramsız yağışlar nəticəsində 3 mindən çox insan küçələrdə qalıb, 9 nəfər həyatını itirib.
Sinoptikllər hava şəraitinin yaxın zamanda yaxşılaşağını vəd etmir.
Gununsesi.org
COMMENTS