Yurgen Klopp komandasına göstərişləri telefonla verəcək

Yurgen Klopp komandasına göstərişləri telefonla verəcək

“Liverpul“ klubunun baş məşqçisi Yurgen Klopp rəhbərlik etdiyi komandanın İngiltərə Federasiya kubokunun cavab oyununda qarşılaşacağı “Şrusberi Taun” komandası ilə oyunun gedişini noutbukdan izləyəcək.

Gununsesi.org “The Guardian”a istinadən xəbər verir ki,  mütəxəssis əsas heyətə istirahət verdiyindən mersisaydlılar matça U-23 komandası ilə çıxacaq. Texniki zonada U-23-ün çalışdırıcısı Nik Kritçli əyləşəcək.

Y.Klopp isə oyunu noutbukdan izləyəcək və telefonla taktiki gedişləri göndərəcək.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk oyun 2:2 hesablı ilə başa çatıb.

Gununsesi.org

COMMENTS