İlham Əliyev Xalq artistini təltif etdi- SƏRƏNCAM

İlham Əliyev Xalq artistini təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əlibaba Balaəhməd oğlu Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Əlibaba Balaəhməd oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Məmmədov Azərbaycanın Xalq artisti, xanəndə, bəstəkardır.

COMMENTS