Boris Consonun səhhətindən yeni xəbər

Boris Consonun səhhətindən yeni xəbər

Böyük Brtianiyanın koronavirus səbəbindən reanimasiyaya yerləşdirilən Baş Naziri Boris Consonun səhhəti yaxşılaşır.

Gununsesi.org xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Siyasətçinin müalicəyə reaksiya verdiyi və vəziyyətinin stabil olduğu qeyd edilib. Consonun əhvalı yüksəkdir və aparata qoşulmadan sərbəst nəfəs ala bilir. O, işləməsə də, bəzi hökumət üzvləri ilə daimi əlaqədədir.

Qeyd edək ki, hazırda Britaniya hökumətinə müvəqqəti olaraq XİN rəhbəri Dominik Raab başçılıq edir.

 

 

Gununsesi.org

COMMENTS