Rusiyaya məxsus təyyarədə bomba həyəcanı:Təcili eniş etdi

Rusiyaya məxsus təyyarədə bomba həyəcanı:

Rusiyada Xabarovsk şəhərindən Moskvaya reys həyata keçirən təyyarə anonoim təhdid səbəbindən uçuşunu yarımçıq qoyub.

Gununsesi.org xəbər verir ki, bu barədə “İnterfaks” məlumatlı mənbəyə istinadla bildirib.

“Naməlum şəxs laynerin göyərtəsinə partlayıcı qurğu quraşdırıldığını bildirib. Uçuşu dayandırıb, Xabarovsk hava limanına qayıtmaq qərarı alınıb”, – deyə mənbə bildirib.

Daha sonra Xabarovsk Hava limanının mətbuat xidməti “Aeroflot” şirkətinin “Airbus A330” təyyarəsinin qayıtdığını bildirib.

Hava limanının nümayəndəsinin sözlərinə görə, təyyarənin minalanması barədə mesaj Rusiya Mühafizə İdarəsinə verilib.

Yenilənmiş məlumatlara görə, təyyarədə 262 sərnişin olub.

Gununsesi.org

COMMENTS