ABŞ-ın cənub-şərq ştatlarını təsiri altına alan güclü fırtına səbəbiylə azı 6 nəfər həyatını itirib.
Gununsesi.org xəbər verir ki, təbii fəlakət nəticəsində çox sayda insan xəsarət alıb. Güclü külək yüzlərlə tikiliyə ziyan vurub. Daha çox Alabama, Tennessi, Missisipi ştatlarına zərər dəyib. Təbii fəlakət həmçinin daşqınlara və torpaq sürüşmələrinə yol açıb. Tikililər suya qərq olub. Xilasedicilər onlarla insanı təhlükə bölgəsindən təxliyə edib.
Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib. Yerli dairələr sakinlərə gərək olmadıqca evlərini tərk etməmək barədə xəbərdarlıq edib.
COMMENTS