“The Guardian”dan sensasion İDDİA: Konqres üzvlərinə İsrail lobbisi ianələr ödəyib

“The Guardian” qəzetinin seçki kampaniyası məlumatlarına əsaslanan təhlilində Konqres üzvlərinin mediaya verdiyi açıqlamalar, X sosial media hesabları və ABŞ prezidenti Co Baydenə 2023-cü ilin oktyabrın 7-dən noyabrın ortalarına qədər yazdıqları məktublar araşdırılıb, onların Fələstin və ya İsrailə dəstək olub-olmaması incələnib. 

Gununsesi.info xəbər verir ki, təhlillərə görə, böyük ianə alanlar daha çox ABŞ-ın Təl-Əvivə hərbi dəstəyinin davam etdirilməsini və İsrailin Qəzzaya hücumlarını dəstəkləməsini tələb edirlər.

Məlumatları araşdıran bəzi kampaniya maliyyə ekspertləri də ianələrin Konqresin İsrailə “böyük dəstəyini” artırmağa kömək etdiyini iddia edirlər.

Konqres üzvlərinin təxminən 82 faizi 2023-cü ilin oktyabrından 2023-cü ilin noyabrına qədər İsrailə dəstəyini artırdı, yalnız 9 faizi Fələstini daha intensiv dəstəkləyib.

Təhlillərə görə, İsrail tərəfdarı kimi təsnif edilən Konqres üzvləri son seçkilərində orta hesabla 125 min dollar, Fələstini dəstəkləyənlər isə orta hesabla 18 min dollar ianə alıblar.

Çikaqo Universitetinin Siyasi Elmlər Professoru və “İsrail lobbisi” kitabının müəlliflərindən biri Con Mearsheimer təhlillə bağlı verdiyi açıqlamada araşdırmaların ABŞ-ın İsraillə bağlı siyasətinə “dərin təsir” etdiyini bildirib.

“Əgər həqiqətən də Konqresi müəyyən istiqamətə güclü şəkildə itələyən lobbi olmasaydı, ABŞ Konqresinin Qəzzadakı müharibə ilə bağlı mövqeyi kökündən fərqli olardı”, – deyə o əlavə edib.

Ölkənin ən güclü “yəhudi lobbi təşkilatı” olan Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) və başqa bir lobbi qrupu, İsrail üçün Demokratik Çoxluq kampaniyanın aparıcı maliyyəçiləri arasındadır.

Təhlil nəticələrinə görə, Konqres üzvlərinin 93 faizi Vaşinqtonun İsrailə hərbi və ya maliyyə dəstəyi verməsini istəyib, 81 faizi isə İsrailin Qəzzaya hücumlarını dəstəkləyib. Konqres üzvlərinin 17 faizi İsraili tənqid edib atəşkəs çağırışı edərkən, 17 faizi İsrailin Qəzzanı illərlə blokadada saxlaması və işğalı səbəbiylə 7 oktyabrın baş verdiyini müdafiə edib.

Xəbərə görə, Konqres İsrailin mülki itkilərinə fələstinlilərdən çox rəğbət bəsləyir, lakin konqres üzvlərinin mülki itkilərlə bağlı açıqlamalarını pul deyil, partiya siyasəti müəyyən edir.

Harvard Universitetinin Beynəlxalq Əlaqələr Professoru Stiven Uolt, ianələrin təhlilinin İsrailin Qəzzaya hücumlarının səbəbini izah etməyə yardım etdiyini bildirib.

Uolt ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini dəstəkləməsi, İsrailə qarşı sanksiyalar tətbiq etməsi və ya İsrailyönlü lobbi qrupların təsiri səbəbindən hərbi dəstəyi geri çəkməsi ideyalarının “tam uydurma” olduğunu izah edib.

“Seçmək üçün Fələstin tərəfdarı mövqe tutan” konqresmenlər Con Fetterman, Maksvell Frost və Rafael Uornokun sözügedən lobbilərdən ianə aldıqdan sonra İsrail tərəfdarı mövqe tutduqları görülüb.

Təhlillər göstərib ki, ABŞ ictimaiyyətindən fərqli olaraq, Konqres üzvlərinin əksəriyyəti İsraili dəstəkləyir, Konqres üzvlərinin 17 faizi isə İsraili tənqid edir və atəşkəsə çağırır.

Xəbərdə yer alan iddiaya görə, israilyönlü donor növbəti seçkidə Fələstin əsilli Demokrat Rəşidə Tlaiblə mübarizə aparacaq namizədə 20 milyon dollar təklif edib.

Gununsesi.info