ABŞ Şimali Koreyadan raket tədarükünə qarşı sanksiyalar tətbiq etdi – Siyahıda 3 Rusiya şirkəti var

ABŞ Şimali Koreyanın ballistik raketlərinin sınağı və tədarükü ilə məşğul olan 3 Rusiya şirkətinə və bir nəfərə sanksiya tətbiq etdiyini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, ABŞ Dövlət Departamenti Şimali Koreyanın raket sınaqları və Rusiyaya silah tədarük etdiyinə dair iddialarla bağlı yazılı açıqlama verib.

“Dövlət Departamenti üç rus şirkətinə və Şimali Koreyanın ballistik raketlərinin Rusiyanın Ukraynaya qarşı istifadə etməsi üçün ötürülməsi və sınaqdan keçirilməsində iştirak edən bir şəxsə qarşı sanksiyalar tətbiq edəcək”, – deyə açıqlamada bildirilib.

Açıqlamada Şimali Koreyanın Rusiyaya ballistik raket ötürməsinin Ukraynada xalqın əziyyətini artırdığına və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə zərər verdiyinə diqqət çəkilib.

“Birləşmiş Ştatlar Rusiyanın bu silahlar müqabilində Şimali Koreyaya verdiyi hər hansı dəstəyi diqqətlə izləməyə davam edir və Şimali Koreya ilə Rusiya arasında silah ötürülməsində iştirak edən şəxsləri və təşkilatları müəyyən etmək və ifşa etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Biz bundan sonra da addımlar atmaqdan çəkinməyəcəyik”, – deyə əlavə edilib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ sanksiyalarından sonra Rusiyanın silah və sursat tədarükü sahəsinin daraldığını və Moskvanın bölgədəki tərəfdaşları ilə daha çox hərbi əməkdaşlıq etməyə çalışdığını bildirib.

Kibri bu prosesdə Şimali Koreyanı Rusiyaya ballistik raketlər tədarük etməkdə günahlandırıb. “Bizdə olan məlumatlar göstərir ki, Koreya Xalq Demokratik Respublikası bu yaxınlarda Rusiyaya ballistik raketlər və raket buraxılış qurğuları tədarük edib. Rusiya qüvvələri də 30 dekabr 2023-cü ildə Ukraynaya Şimali Koreyanın bu raketlərindən ən azı birini vurub”, – deyə o bildirib.

Şimali Koreyanın BMT-dəki (BMT) daimi nümayəndəsi Kim Sonq Rusiyanın Ukraynaya hücumlarında Şimali Koreyadan aldığı raketlərdən istifadə etdiyinə dair iddiaları rədd edərək, onları “əsassız ittihamlar” adlandırıb.

Gununsesi.info