
İngiltərə Premyer Liqasında VAR sistemi ləğv edilə bilər.
Gununsesi.info xəbər verir ki, “Vulverhempton” klubu rəsmi olaraq liqa rəhbərliyinə bununla bağlı müraciət edib.
Göndərilən məktubda VAR-ın neqativ təsirlərindən yazılıb. Klub üzvlərinin fikrincə, VAR futbolçuların qolu normal şəkildə bayram etməsinə mane olur, oyunun uzanmasına gətirib çıxarır, səhvlərin qarşısını almır və hakimlərin məsuliyyətini aşağı salır.