BMT baş katibi António Guterres yeni növ koronavirus COVID-19 pandemiyasından sonra dünyanı düşünməyə çağırıb.
Gununsesi.org xəbər verir ki, o, RİA Novosti-yə müsahibəsində müvafiq açıqlama verib.
Baş katib vurğulayıb ki, bu problem bütün dünya üçün “böyük əzablar” verir.
“İndi hamımızın diqqət edəcəyimiz əsas məqam pandemiya üzərində qələbədir” deyib Guterres.
Onun fikrincə, pandemiyadan sonra dünyanı daha davamlı və sağlam bir yola yönəltmək lazımdır.
Baş katib sosial müdafiədəki bərabərsizlik və boşluqların aradan qaldırılmasının vacibliyini də vurğulayıb.
COMMENTS