ABŞ-dan S-400 açıqlaması: “Narahatıq və Ərdoğanın bizi anladığına əminik”

ABŞ-dan S-400 açıqlaması: “Narahatıq və Ərdoğanın bizi anladığına əminik”

Bir vaxtlar Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan S-400 məsələsi Vaşinqtonda yenidən günəmə gəlib.
Gununsesi.org Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Türkiyənin S-400 raket komplekslərini almasına şiddətlə qarşı çıxdıqlarını və Ankaranın bu məsələdə geri addım atmamasına görə dərin narahatlıq hissi keçirdiklərini ifadə edib. Bildirib ki, bu ikili münasibətlərdə və NATO-da önəmli əngəl yaradır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyimizi anladığına əminik.
Qeyd edək ki, ötən gün Türkiyənin səlahiyyətli şəxslərindən biri Reuters-ə açıqlamasında S-400ləri aktiv etmək planında heç bir dəyişikliyin olmadığını bildirmişdi. Adı açıqlanmayan şəxs bu tədbirlərin sadəcə koronavirus pandemiyası səbəbindən təxirə salındığını qeyd etmişdi.

Gununsesi.org

COMMENTS