Nazir müavini və keçmiş xidmət rəisi Zakir Sultanov məhkəməyə gətirilib

Nazir müavini və keçmiş xidmət rəisi Zakir Sultanov məhkəməyə gətirilib

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə gətirilib.

Gununsesi.org-un məlumatına görə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında barələrində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Səbail rayon Məhkəməsinə gətiriliblər.

Onlarla bağlı təqdimata hakim Şahin Abdullayev baxacaq.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

Ölkə başçısı İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.

Gununsesi.org

COMMENTS