Braziliyada 36 mindən çox insan koronavirusa yoluxub

Braziliyada 36 mindən çox insan koronavirusa yoluxub

Braziliyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 36 mini keçib.

Gununsesi.org xəbər verir bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində 2917 nəfərdə COVID-19-a yoluxma halı qeydə alınıb, bununla da virusa yoluxanların ümumi sayı 36 599-a çatıb. Son məlumatlara görə, ümumilikdə 2347 nəfər koronavirusdan ölüb.

Ən çox yoluxma halları San-Paulo ştatında qeydə alınıb – 13 894 nəfər.

Gununsesi.org

COMMENTS