Gürcüstan prezidenti ölkədə fövqəladə vəziyyəti uzatdı

Gürcüstan prezidenti ölkədə fövqəladə vəziyyəti uzatdı

Gürcüstan prezidenti Salome Zurabşvili ölkədə fövqəladə vəziyyətin müddətinin mayın 22-dək uzadılması ilə bağlı sərəncam imzalayıb.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, sərəncamla ölkə ərazisində əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmayıb.
Dövlət başçısı videomüraciətində hər kəsə vətəndaş məsuliyyətinə görə minnətdarlığını bildirib.
S.Zurabişvili ölkədəki vəziyyətin mayın 22-dək yaxşılaşacağına ümidvar olduğunu qeyd edib.
Gununsesi.org

COMMENTS