
Beş ilin sonunda bizi nə gözləyir, onun üzərində işləyirik.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən sualları cavablandırarkən deyib.
“Biz demirik ki, nəticə göstərə bilməyən müəllimləri günahkar hesab edib, kənarlaşdıracağıq. Həmin müəllimlər işləyəcək, amma dərs deməyəcək. Məqsəd budur ki, aşağı nəticə göstərən müəllim uşağa dərs deməsin”, – nazir çıxışında bildirib.
Gununsesi.info