
Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.
Gununsesi.info xəbər verir ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.
Vəfat edən Elvin Rüstəmov eyni zamanda, “Neftçi TV”nin əməkdaşı idi. O, kanalda şərhçi vəzifəsində çalışırdı.