Əhməd Cavadın 130 illiyinə həsr olunmuş elmi seminar keçirilib - FOTOLAR

Qərbi Kaspi Universitetində Azərbaycan dili və ədəbiyyatı, Tarix və fəlsəfə kafedralarının birgə təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyinə həsr olunmuş elmi seminar keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Əhməd Cavadın nəvəsi Anar Axundzadə də iştirak edib.
Hər iki kafedranın əməkdaşları istiqlal şairi Əhməd Cavadın ana dilinə, üçrəngli bayrağa, milli orduya, milli ruha aid məruzələrlə çıxış edib, tələbələr Əhməd Cavad yaradıcılığından şeirlər səsləndiriblər.

HTML tutorial

AMEA Nizami adına Ədəbiyyat İnstitunun əməkdaşı, filologiya elmlər doktoru, professor Asif Rüstəmli tədqiqatçıların Əhməd Cavadla bağlı araşdırmalarına münasibət bildirərək, bir sıra yeni faktları auditoriyaya çatdırıb.

Gununsesi.info