Sülhməramlılar açıq şəkildə erməniləri müdafiə edir -AVP KREMLƏ SƏSLƏNDİ

  • By admin
  • 12 Dekabr 2022 15:39

 

10 noyabr 2020-ci il Bəyanatının 3-cü maddəsinə əsasən atəşkəsin təmin olunması üçün müvəqqəti olaraq Qarabağ İqtisadi rayonuna yerləşdirilən Rusiya Sülməramlıları ilk gündən başlayaraq suverenliyimizə ciddi təhdid yaradan hərəkətlərə yol verir”.

HTML tutorial

 

Gununsesi.info bildirir ki, bu fikirlər AVP-nin yaydığı bəyanatda əksini tapıb:

”Onlar açıq şəkildə separatçıları müdafiə edir, qondarma qurumun qanunsuz əməllərinə dəstək verir, Azərbaycanın icazəsi olmadan 27 nəfər İran diversantının və üçüncü ölkə vətəndaşlarının Qarabağa qanunsuz daxil olmasına şərait yaradır. İmzalanan Bəyanata əsasən bölgədə qanunsuz fəliyyət göstərən erməni silalı dəstələrinin tərkisilah edilməsi və Azərbaycan ərazisindən çıxarılması sülməramlıların əsas vəzifələrindən biri olmasına baxmayaraq, reallıq bunun əksini göstərir. Rusiya hərbiçilərinin fəal yardımı ilə separatçılar silahlandırılır, onlara hərbi dərslər və döyüş qabiliyyətinin artırılması üçün məşqlər keçirilir, törədilən təxribatlara geniş imkanlar yaradılır.
Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının vəhşicəsinə və qeyri qanuni istismar edilməsinə, ölkəmizin təbii sərvətlərinin talan olunmasına geniş şərit yaradan Rusiya Sülməramlıları açıq şəkildə ermənipərəst möqe nümayiş etdirir, Azərbaycanın müvafiq qurumlarının qanuni haqqı olan monitorinq keçirməyə müqavumət göstərir, açıq şəkildə erməni quldarlarına dəstək verir.
Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökümət təşkilatlarının, KİV-in müşayətilə bu gündən Şuşada başlayan etiraz aksiyası məhz Rusiya Sülməramlılarının cani erməni separatçıları ilə birlikdə suverenliyimizə törətdikləri təhdidlərinin nəticəsidir.
Ana Vətən Partiyası Azərbaycan Vətəndaş Cəmiyyəti fəallarının etiraz aksiyasını dəstəklədiyini, onlarla bərabər olduğun u bildirir, Rusiyanın erməniməramlı, erməniyanlı silahlı qüvvələrinin fəaliyyətini qətiyyətlə pisləyir, Kremlin hərbi-siyasi rəhbərliyindən Rusiya silahlı qüvvələrinin Azərbaycanın suverenliyinə təhlükə yaradan fəaliyyətinə son qoymağı tələb edir”.

 

Günay

Gununsesi.info