İmişlidə itkin düşən uşağın axtarışı Biləsuvarda da aparılır

  • By ilhame
  • 27 Fevral 2024 20:09

İmişli rayonunda kanalda batması ehtimal olunan yeniyetmənin axtarışı Cənub-Muğan kanalının Biləsuvardan keçən hissəsində davam edir.

 

Gununsesi.info-nun məlumatına görə, bu gün həmin kanalda FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri və yerli sakinlər axtarış tədbirləri aparıblar.

 

Belə ki, dalğıc-xilasediciləri Araz çayından ayrılan qolun, həmin istiqamətdən keçən körpünün altında yığılıb-qalan sularda axtarış tədbirlərini davam etdirirlər.

 

Qeyd edək ki, ötən ilin dekabr ayının 26 – da İmişli rayonu Qaragüvəndikli kəndində Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bir neçə istiqamətdə davam etdirilir.

Gununsesi.info