Sədərəkdə yanğın olub

  • By ilhame
  • 27 Fevral 2024 19:33

Naxçıvanın Sədərək rayonunda yanğın olub.

 

Gununsesi.info xəbər verir ki, yanğın otlaq sahəsində qeydə alınıb.

 

Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğın söndürülüb, daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Gununsesi.info