Salyanda körpə uşaq vəfat edib

  • By ilhame
  • 27 Fevral 2024 19:23

Salyan rayonunda körpə vəfat edib.

 

Gununsesi.info xəbər verir ki, yayılan məlumata görə, körpənin ölümünə səbəb pnevmoniya olub.

 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 24-ü saat 15:40 radələrində 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

 

“Yüksək hərarət, tənəffüs çatışmazlığı, halsızlıq şikayətləri ilə gətirilən körpəyə ilkin olaraq naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulub. Gecə saatlarında vəziyyəti ağırlaşan körpə, aparılan bütün tədbirlərə baxmayaraq, fevralın 25-i saat 05:30 radələrində kəskin ürək-damar, tənəffüs çatışmazlığı səbəbi ilə vəfat edib”.

Gununsesi.info