“Qalatasaray”ın Super Liqa matçının vaxtı dəyişdirildi

  • By ilhame
  • 27 Fevral 2024 20:57

Türkiyə Super Liqasının 29-cu turunda keçirilməsi planlaşdırılan “Qalatasaray” – “Rizəspor” oyununun vaxtı dəyişdirilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb “sarı-qırmızılar”ın Avropa Liqasında mübarizəni dayandırmasıdır. Qeyd olunub ki, martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan qarşılaşma martın 8-də, saat 21:00-da başlayacaq.

 

Bundan əlavə, “İstanbulspor” – “Kasımpaşa” qarşılaşması martın 8-dən 10-na keçirilib. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin edilib.

Gununsesi.info