Ukrayna gün ərzində Rusiyanın 2-ci Su-34 qırıcısını vurub

  • By ilhame
  • 27 Fevral 2024 20:01

Ukrayna Hava Qüvvələri gün ərzində Rusiyanın 2-ci Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

 

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk “Telegram”da məlumat verib.

 

Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.

 

Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın şərqində Rusiyaya məxsus Su-34-ün vurulduğu barədə məlumat vermişdi.

Gununsesi.info