
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ukraynanın təxminən 50 min nəfərlik Adveyevka şəhərinin içğal olunduğu barədə prezident Vladimir Putinə məruzə edib.
Ötən ilin oktyabrından başlayan kütləvi hücumlar zamanı on minlərlə hərbçi ölüb, yaralanıb, yüzlərlə hərbi texnika itirilib.
Gəlin, 2 ildir davam edən müharibə kontekstində bu “uğurun” əhəmiyyətini aydınlaşdıraq:
Rusiya dünyada ən çoxsaylı nüvə başlığı olan ölkədir;
Rusiya dünyada ən böyük əraziyə malikdir (17,4 mln.kv.km);
ÜDM 1.7 trilyon dollar, bapbalaca Niderlandın ÜDM-dən 300 milyard dollar az;
Rusiya dünyada ən böyük neft-qaz ehtiyatları olan, hasilatda və satışda 3 ölkədən biridir;
Rusiya başqa təbii ehtiyatlara görə (meşə, torf, kömür, qızıl, uran, dəmir və s.) dünyada ən zəngin 2 ölkədən biridir;
Rusiya ən zəngin, məhsuldar torpaq ehtiyatlarına malik birinci ölkədir;
Rusiya taxıl, qarğıdalı, başqa dənli bitkilər istehsalına görə dünyada birinci beşlikdədir…
Siyahını uzada bilərik, gəlin, 2 ildəki gündəminə baxaq:
Ukraynaya qarşı işğalçı müharibəyə birbaşa azı 211 milyard dollar xərcləyib, daha o qədər dolayı xərcləri var;
Ölkə iqtisadiyyatını sürətlə hərbi sənayenin girovuna çevrilir, başqa sahələr böhrana girir;
Qərb ölkələrindəki 300 milyard dolları dondurulub, yəqin, Ukraynaya veriləcək;
Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfindən 13 mindən artıq sanksiyalar qoyulub;
Ölkədən azı bir neçə trilyon dollar çıxıb,
Rusiyanı milyonlarla imkanlı insanlar, iş adamları tərk edib;
Ölkədən minlərlə xarici şirkətlər, sərmayədarlar gedib;
Rusiya vətəndaşları dünyanın bir çox ölkələrində arzuolunmaz şəxsə çevrilib;
Rusiyanın Qərb ölkələrində iqtisadi təsir imkanları, maliyyə mərkəzləri çöküb;
Qərb ölkələrinin neft-qaz bazarındakı dominant mövqeyini itirib;
Rusiyanın Qərb ölkələrinin siyasi həyatında ciddi rol oynayan siyasi təşkilatları ciddi zərbə alıb;
Rusiyanın agentura şəbəkəsi məhv edilir;
Bütün sadalanan və sadalanmayan problemlər ölkəni geridönməz böhrana sürükləyir.
Amma siyasi elita Ukraynaya 617 minlik ordu göndərib, 2 il ərzində 300 mindən çox insan itirməyin müqabilində balaca şəhəri işğal etməkdən qələbə düzəldib ictimai rəyə sırımağa çalışır.
Müxalifət liderinin həbsxanada öldürüb təhlükəsizlik mühiti düzəldir.
Rusiyanın dərdi çəkiləsi deyil, rus xalqı üzləşdiyi faciəni dərk eləsə, indiki avtokratiyanı süpürüb atar .
Elçin Rüstəmli
Gununsesi.info