
ABŞ-ın Miçiqan ştatında bir ana oğlunun orta məktəbdə törətdiyi güllələnmə hadisəsinə görə təqsirli bilinib.
Gununsesi.info xəbər verir ki, 45 yaşlı Cennifer Krambli 30 noyabr 2021-ci ildə 17 yaşlı oğlu Etanın 4 nəfərin ölümü ilə nəticələnən hücumu ilə əlaqədar qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunur.
Oğlunun silah almasına icazə verməkdə və işarələrə məhəl qoymamaqda günahlandırılan Krambli məhkəmə tərəfindən təqsirli bilinib.
Onun əri Ceyms Krambli də oxşar ittihamlarla ayrı bir iş üzrə mühakimə olunacaq.
Ata Ceyms Krambli özünü təqsirli bilmir.
Onların oğlu Oksford liseyində törətdiyi və dörd sinif yoldaşını öldürdüyü hücuma görə ömürlük həbs cəzasına məhkum edilib. Hücum zamanı 7 nəfər yaralanıb.
Cennifer Krambli maksimum 15 il həbs cəzası nəzərdə tutan qəsdən adam öldürmə maddəsi ilə mühakimə olunur.
Polis hücumdan sonra ailəni günahlandırıb və xəbər üzərinə cütlüyü gizləndikləri sənaye bölgəsində yaxalayıb.
Ceyms Kramblinin məhkəməsi martda başlayacaq.
Cennifer Krambli oğlunun psixi sağlamlıq problemləri olduğunu düşünmədiyini söyləyib.
Hücumun səhəri ailə 15 yaşlı uşağını evə aparmaqdan imtina edərək, uşaqlarının çəkdiyi narahat edici rəsmlə bağlı məktəbdə görüşü yarımçıq kəsib.
Məktəb rəsmiləri Etanı silahın olduğu kürək çantasını yoxlamadan sinfə buraxıblar.
Bəzi ekspertlərin fikrincə, Krambli cütlüyünə qarşı irəli sürülən ittihamlar övladları silahlı hücumlar törədən ailələrə qarşı belə iddiaların açılmasına səbəb ola bilər.
Gununsesi.info