Qaçırılan müəllim və şagirdlər azad edildi

Nigeriyada yüksək rütbəli bir məmur açıqlamasında əyalətdə qaçırılan 6 şagird və 3 müəllimin azad edildiyini bildirib.

Gununsesi.info xəbər verir ki, qaçırılan şəxslərin sağlamlıq vəziyyətinin yoxlanılması üçün xəstəxanaya aparıldığını bildirən səlahiyyətli, onların daha sonra ailələrinə təhvil veriləcəyini deyib.

Rəsmi şəxs oğurlanan şəxslər üçün fidyə ödənilib-ödənilməməsi barədə məlumat verməyib.

Yanvarın 30-da Ekiti əyalətində səfərdən qayıdan tələbə və müəllimləri daşıyan avtobusa silahlı şəxslərin hücumu nəticəsində 6 şagird və 3 müəllim qaçırılıb.

Nigeriya prezidenti Bola Əhməd Tinubu qaçırılan insanların dərhal xilas edilməsi barədə göstəriş verib və belə hadisələrin bir daha təkrarlanmayacağına əmin olub.

Silahlı şəxslər məktəb müdirinə zəng edərək qaçırdıqları şagird və müəllimlərin azad edilməsi üçün 100 milyon naira (təxminən 111 min dollar) tələb ediblər.

Nigeriyada adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu adi haldır.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Gununsesi.info