İstanbulda məhkəmə binasına silahlı hücumda ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.

Gununsesi.info ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.

Ərdoğan, ölkəsinin terrorun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.

***13:54

İstanbulda məhkəmə binasına silahlı hücum olub.

Gununsesi.info xəbər verir ki, hücum edənlərdən 1-i qadın və 1-i kişi olmaqla 2 nəfər ölüb, 3-ü polis olmaqla 6 nəfər yaralanıb.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, “E.Y. və P.B adlı xainlərin DHKP/C terror təşkilatının üzvü olduğu müəyyənləşib”.

Qeyd edək ki, İstanbulda Çağlayan məhkəməsinin polis bölməsinə silahlı basqın edilib. Hücumdan sonra hadisə yerində atışma baş verib.

***13:07

İstanbulda məhkəmə binası önündə silah səsləri eşidilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, silah səslərini eşidən insanlar təşviş içində yerə uzanıb.

Hadisə yerinə çoxlu polis qrupları göndərilib. Məlumata görə, hadisə Çağlayan məhkəməsinin C qapısı önündə baş verib.

Digər tərəfdən, səlahiyyətlilər məhkəmə binasına giriş və çıxışların bağlandığını açıqlayıb.

Gununsesi.info