
Fevralın 4-də İstanbul boğazının cənub girişində pilotluq xidməti göstərəcək gəmiyə keçərkən dənizə düşən kapitan Oğuz Kök hipotermiya səbəbindən dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, kapitanın dənizə düşdüyü anın təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin komandalarından olan kapitan Oğuz Kök pilotluq xidməti göstərmək üçün Kuk adaları bayraqlı 176 metrlik “Yeni Sıham” gəmisinə minib. Bu vaxt kapitan nərdivandan dənizə düşüb. Vəziyyəti o an görən şəxs müdaxilə etmək istəsə də, kapitanın xilas etmək olmayıb.
Həmin görüntüləri təqdim edirik:
Gununsesi.info