
Türkiyənin Samsun şəhərində tapança ilə oynayan 23 yaşlı gənc onunla üzbəüz oturan 17 yaşlı dostunu başından vurub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı 4 nəfər saxlanılıb.
Samsunda toplaşan bir qrup dost içki içməyə başlayıb. Birkan Ç. əlindəki tapança ilə oynayarkən qarşı tərəfdə oturan 17 yaşlı Musap Ş.-ni başından vurub. Güllə bədbəxt gəncin burnundan girib, boynunun arxasından çıxıb.
Xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından yaralı xəstəxanaya qaldırılıb. 17 yaşlı Musapın həyatının təhlükədə olduğu bildirilib.
Gununsesi.info