
Almaniyanın Maqdeburq şəhərində yaşayan suriyalı ailə onları aldatdıqlarını iddia edən aamerunlu “vudu sehrbazı” Lionel N.-ni (30) qaçırıb.
Gununsesi.info xəbər verir ki, hadisə beynəlxalq ictimaiyyətin, xüsusilə də Almaniya mediasının gündəmində olsa da, pərdəarxası detallar Hollivud filmini xatırladıb.
Suriyalı ailə hazırda Leypsiqdə yaşayan kamerunlu Lionel N. ilə “pul ovsunlamaq” üçün razılaşıb. Xüsusi iksir hazırlayan və pul müqabilində suriyalı ailəyə verən şəxs iksir sayəsində ailənin 6 gün ərzində külli miqdarda pul alacağını da bildirib.
Amma 6 gündən sonra məlum olub ki, iksir heç bir işə yaramır. Lionelə 15 min avro verdiklərini deyən suriyalı ailənin atası Cemal M. və oğulları Məhəmməd və Fadi onun evinə basqın edərək onu qaçırıblar. Şahidlərin sözlərinə görə, maskalı şəxslər Almaniyanın ən hündür, 333 metr hündürlüyü olan yaşayış binalarından birinə daxil olaraq, onu sürüyərək apararkən silah səsləri də eşidilib.
Həmin şəxsə şantaj edərək işgəncə verən suriyalı ailə pulun qaytarılmasını tələb edib. Xəbərdarlıq üzərinə polis müdaxilə edərkən, ailə əziyyət çəkdiklərini və pullarının geri qaytarılmasını istədiklərini bildirib. Tərəflər bu gün hakim qarşısına çıxarkən, işin davam etdirilməsinə qərar verilib.
Qeyd edək ki, vudu Qərbi Afrika mənsəli animist bir dinidir.
Bu dinə Qərbi Afrika və Mərkəzi Amerikada otuz milyondan çox insanın sitayiş edir. O, 1750-1785-ci illərdə Haitidə meydana gəlsə də, ideyasını katoliklikdən və Afrikada yayılmış qədim dini inanclardan götürüb. Bu din özündə müxtəlif tanrılara itaət, onlar üçün heyvanlar qurban vermək və insan ruhunu tamamilə ələ keçirmək mənasını ifadə edir. Fon dilindən vudu “hər an insan həyatının bütün sahələrinə müdaxilə etmək qüdrətinə malik qorxulu, sirli, gözə-görünməz güc” kimi tərcümə olunur. Bu dinin əsasında şamanizm elementləri ilə yanaşı, möhkəm bünövrəyə malik xüsusi struktur durur.
Vudu dinində tək tanrıya, Bondyeyə sitayiş olunur. O, bəşəriyyətdən uzaq, məlum olmayan məkanda təsəvvür edilir.
Gununsesi.info