
Son illərdə qazanılan nailiyyətlərə nəzər saldıqda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixinin ən şanlı dövrünü yaşadığını demək olar.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.
Deputat bildirib ki, Azərbaycan istər hərbi, istərsə də diplomatik yolla qarşıya qoyduğu hər məsələni vaxtında yerinə yetirib: “Bu isə müstəqil siyasətin nəticəsidir. Azərbaycan heç bir vasitəçi olmadan sülhün əldə olunmasında israrlıdır. Həmçinin, kommunikasiyaların açılması, işğal altındakı kəndlərimizin qaytarılması, sülhməramlı qüvvələrin ərazidən çıxarılması, Zəngəzur dəhlizinin açılması və s. bütün məsələlərdə öz qətiyyətli mövqeyimizi qoruyuruq. Qərbin isə bölgəyə bütün müdaxilələri nəyin bahasına olusa-olsun, minimuma endirilməlidir. Azərbaycan mövcud vəziyyəti istənilən şəkildə təhlil edir və mütləq şəkildə öz reaksiyasını verir”.
Gununsesi.info