
Bugün Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyası öz işinə başlayıb.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycanın deputat qrupunun AŞ PA-dakı mandatı təsdiqlənməyəndən sonra ölkəmizlə bu təşkilat arasında problem yaranıb.
AŞ PA-nın Ukrayna Parlamentindın olan təmsilçisi Oleksiy Qonçarenko Gununsesi.info-ya özəl müsahibəsində Azərbaycanla Avropa Şurası aradındakı gərginlikdən danışıb.
Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq olunmamasından təəssüfünü bildirən Oleksiy Qonçarenko deyib ki, bu yolla Azərbaycanda insan haqları probleminin həllinə nail olmaq çətindir: “Azərbaycanla bu məsələləri təşkilat daxilində həll etmək lazımdır. Uzaqlaşdırmaq doğru deyil. Mövcud durum İranı və Rusiyanı sevindir.
Təşkilat daxilində bütün mövzuları müzakirə edərək nəticə əldə etmək mümkündür. Kənarlaşdırmaqla nəticə əldə etmək olmur”.
Azərbaycanda insan haqları probleminə gəlincə, ukraynalı deputat deyir ki, bu cür problemlər təşkilata üzv olan hər bir dövlətdə olur:“İnsan hüquqları problemləri hər ölkədə var. Onu həll etmək üçün Avropa Şurası daxilində əməkdaşlıq olmalıdır. Ona görə də Azərbaycan nümayəndə heyəti AŞ PA-ya qayıtmalıdır ki, bu məsələlər dialoq səviyyəsində danışılsın. Azərbaycan nümayəndə heyəti burada olmalıdır ki, insan haqlarının vəziyyəti izlənilsin”.
Pərviz Həşimli
Fransa/Strasburq