Idmançı Əlinin qalibiyyəti -Fotolar

  • By ilhame
  • 24 Avqust 2021 19:40

İdman hər zaman bədən və ruhumuza saglamlıq bəxş edib. Bu sahə ilə uşaq vaxtından məşğul olmaq isə xüsusi üstünlük təşkil edir. Haqqında bəhs etmək istədiyim balaca idmançı da uşaqlıqdan idmanla məşğuldur. Mirzəyev Əli Rüfət oğlu 13 may 2008-ci ildə Bakıda dünyaya gəlib. Uşaq vaxtından idmana böyük maragı olan Əlini ailəsi güləş idman növünə yazdırır.60 saylı tam orta məktəbdə təhsili ilə yanaşı o məşqlərini də paralel şəkildə davam etdirir. Artıq 3 ildirki Sərbəst Güləş ilə məşğuldur. Onun nailiyyətləridə var. Avqustun 22-də Şamaxı şəhərində keçirilən turnirdə Əli 2-ci yeri tutub.Məşqçisi sərbəst güləş üzrə Amil Məmmədovdur. Onun tələbəsinə görə gələcəkdə ümidləri böyükdür. Ailəsi daim ona dəstək olaraq gələcəyinə inamla baxırlar. Bizdə Əliyə idman sahəsində daim uğurlar arzulayırıq!

Gununsesi. info