AzTV-nin rejissoru ilə yanaşı, həyat yoldaşı da koronavirusdan vəfat etdi

  • By admin
  • 24 Avqust 2021 20:47

Bu gün koronavirusdan  vəfat edən AzTV-nin “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövludun (Məmmədova) həyat yoldaşı da dünyasını dəyişib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə adı çəkilən redaksiyanın baş redaktor müavini Azər Qismət bildirib.

Onun sözlərinə görə, həkimlər Arzu Mövludun komada olan ərini də xilas edə bilməyiblər.

Allah rəhmət eləsin…

Gununsesi.info