
Karateçimiz Rafael Ağayev Tokio-2020-də mübarizəyə başlayıb.
Gununsesi.info xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
B qrupunda çıxış edən Ağayev növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək.
Qeyd edək ki, qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Gununsesi.info