
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi olub.
Gununsesi.info-nun məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan Cəfərov Rusiyanın Ufa şəhərində təşkil olunan mundalda çempion tituluna yiyələnib.
Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn güləşçimiz həlledici görüşdə Ermənistan idmançısı Sahak Ovanisyanı məğlub edib. O, rəqibinə 7:0 hesabı ilə qalib gələrək dünya çempionu titulunu qazanıb.
Gununsesi.info