“Top Divizion”da Azərbaycanı təmsil edəcək millimizin üzvləri bilindi – FOTO

Davam edən şahmat üzrə II onlayn şahmat Olimpiadasının “Top Divizion”da iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub.

Gununsesi.info xəbər verir ki, sentyabrın 8-də mübarizəyə qoşulacaq yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayevadan ibarət olacaq.

Bundan əlavə, millimiz Olimpiadaya altı ehtiyat oyunçu da sifariş edib.

Bunlar Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayevadır.

Qeyd edək ki, komandamızın kapitanı Rəhim Qasımov olacaq.