Bakıda mənzildə meyit tapılıb

  • By ilhame
  • 28 Aprel 2024 09:18

Bakıda mənzildə meyit aşkarlanıb.

 

Gununsesi.info bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

“112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info