Hindistan təyyarəsi bomba təhlükəsi səbəbindən məcburi eniş etdi

Hindistan təyyarəsi bomba təhlükəsi səbəbindən məcburi eniş etdi

“Air Asia” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Hindistanın Kəlküttə şəhərində bomba xəbərdarlığı səbəbindən məcburi eniş edib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Kəlküttədən Mumbaya uçan layner havaya qalxdıqdan 40 dəqiqə sonra geriyə qayıdıb. Buna səbəb təyyarədəki qadın sərnişinlərdən birinin pilota üzərində partlayıcı qurğu olması və istənilən an təyyarəni partladacağı ilə bağlı yazılı kağız verməsi olub. Layner hava limanına endikdən sonra qadın həbs edilib.

Onda hər hansı qurğu tapılmayıb.

Gununsesi.org

COMMENTS