Bərdədə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.
Gununsesi.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonunun Alaçadırlı kəndində baş verib.
Kənddə həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.org
COMMENTS