Kraliça Harri və Meqanın qərarı ilə bağlı ailə müşavirəsi keçirəcək

Kraliça Harri və Meqanın qərarı ilə bağlı ailə müşavirəsi keçirəcək

Böyük Britaniya kraliçası II Elizabet 13 yanvarda nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan və onlara təyin edilən maliyyə imtiyazından imtina etmələri ilə bağlı ailə müşavirəsi keçirəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Nəşrin məlumatına görə, bu, kral ailəsinin böyük üzvlərinin ilk görüşü olacaq.

Mənbənin məlumatına görə, kraliçanın Sandrinqem iqamətgahında keçirilən görüşdə II Elizabet, şahzadə Çarlz, Uilyam və Harri iştirak edəcək. Meqanın da görüşə Kanadadan gələcəyi gözlənilir.

 

Gununsesi.org

COMMENTS