Bu gün səhər saatlarında Bakı şəhərinin Nizami rayonunda 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyiti tapılıb.
Gununsesi.org-un məlumatına görə, 48 yaşlı qadının intihar etdiyi üzə çıxıb.
İstintaq araşdırması zamanı K.Hüseynovanın özünü asaraq intihar etdiyi aydınlaşıb. O, intihar etməzdən öncə ağır xəstəlikdən əziyyət çəkdiyini və bu səbəbdən intihar yolunu öz iradəsi daxilində seçdiyini bildirən məktub yazıb. Araşdırmalar zamanı K.Hüseynovanın ailəli olmadığı və tək yaşadığı müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Gununsesi.org
COMMENTS