Bakıda 26 yaşlı gənc döyülərək ağır xəsarət alıb

Bakıda 26 yaşlı gənc döyülərək ağır xəsarət alıb

Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu “Xəzər” çörək zavodunun yaxınlığında naməlum şəxslə mübahisə edib. Bu zaman o, döyülərək ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəsrəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Gununsesi.org

COMMENTS