Gununsesi.org xəbər verir ki, Hindistanın paytaxtı Dehlidə Bazar ertəsi bir neçə min nəfər tənqidçilərin müsəlmanlara qarşı ayrıseçkilik adlandırdığı vətəndaşlıq haqda mübahisəli qanuna qarşı səssiz etiraz keçirib. Aksiya müxalifət partiyaları tərəfindən təşkil edilib.
Konqres Partiyasının lideri Sonia Qandi Delhidə Mahatma Qandiyə həsr olunan Raj Ghat abidəsinin qarşısında keçirilən etirazlara rəhbərlik edib.
Yeni qanuna əsasən, Hindistanda qeyri-qanuni yaşayan hindular, xristianlar və digər dini azlıqlar müsəlmanların əksəriyyət təşkil etdiyi Banqladeş, Pakistan və Əfqanıstan kimi ölkələrdə dinlərinə görə təqib edildiklərini sübut edə bilsələr, Hindistan vətəndaşı ola bilərlər. Yeni qanun müsəlmanlara şamil olunmur.
Baş nazir Narendra Modi tərəfdarları ilə görüş zamanı qanunu müdafiə edərək, “bu torpaqda böyüyən oğullar, ana Hindistanın övladları olan müsəlmanlar narahat olmasınlar” deyib.
Tənqidçilər deyir ki, bu qanun baş nazir Narendra Modinin millətçi hindu hökümərinin Hindistanın 200 milyon müsəlman əhalisini təcrid etmək səylərinin bir hissəsidir.
Modi isə bunun humanitar jest olduğunu söyləyir.
Gununsesi.org
COMMENTS