Tehranın Əmir Kəbir Universitetinin önündə şənbə günü Ukrayna sərnişin təyyarəsinin İnqilab Keşikçiləri Korpusunun hava müdafiə sistemi tərəfindən vurulmasına etiraz aksiyası zamanı Britaniyanın Tehrandakı səfiri Rob Makeyr təhlükəsizlik qüvvələri tərəfindən 3 saatlıq nəzarət altına alınıb.
Yarı rəsmi Tasnim xəbər agentliyi səfirin bir grup insanın Əmir Kəbir Universiteti önündə toplaşdığı zaman “şübhəli təhrikedici hərəkətləri ilə əlaqədar olaraq” saxlanıldığını bildirib.
Britaniyanın Xarici İşlər Naziri Dominik Raab ölkənin Tehrandakı səfirinin heç bir səbəb və açıqlama olmadan nəzarət altına alınmasını beynəlxalq hüququn kobud surətdə pozulması olduğunu bildirib.
“İran mühüm bir yol ayrıcındadır. O ya siyasi və iqtisadi təcrid yolunu davam etdirə bilər, ya da gərginliyin azaldılması və diplomatik yola girmək üçün addımlar ata bilər”, Britaniyanın Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda bildirilir.
Rob Makeyr Twitter hesabında təyyarə qəzasının qurbanlarının xatirəsinə təşkil edilmiş mərasimdə iştirak etdiyini bildirib. O heç bir nümayişdə iştirak etmədiyini deyərək, qurbanlar arasında Britaniya vətəndaşlarının da olduğunu və onların xatirəsini anmaq istədiyini bildirib. Səfir şüarlar səsləndikdən 5 dəqiqə sonra oranı tərk etdiyini deyib.
The Iranian regime arrested the British ambassador to Iran. This violates the Vienna Convention, which the regime has a notorious history of violating. We call on the regime to formally apologize to the UK for violating his rights and to respect the rights of all diplomats.
— Morgan Ortagus (@statedeptspox) January 11, 2020
ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus isə öz rəsmi Twitter hesabında Britaniyanın Tehrandakı səfirinin polis tərəfindən nəzarət altına alınmasının Vyana Konvensiyasının pozulması olduğunu bildirib. “Rejimi onun hüquqlarını pozduğuna görə rəsmi şəkildə Britaniyadan üzr istəməyə və bütün diplomatların hüquqlarına hörmət etməyə çağırırıq” – deyə, o bildirib.
Xəbər amerikaninsesi.org saytında dərc edilib.
The Iranian regime arrested the British ambassador to Iran. This violates the Vienna Convention, which the regime has a notorious history of violating. We call on the regime to formally apologize to the UK for violating his rights and to respect the rights of all diplomats.
— Morgan Ortagus (@statedeptspox) January 11, 2020
COMMENTS