Aqil Qurbanov yüksək vəzifəyə təyin olundu

Müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanova yüksək vəzifə verilib.

Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, o, Müdafiə nazirinin müavini – Baş direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Qurbanov bundan oncə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Gununsesi.info