
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya müsahibə verərkən özünü pis hiss edib və buna görə canlı yayım qısa müddətlik dayandırılıb.
Gununsesi.info-nun məlumatına görə, bunun ardınca Türkiyədə bir sıra partiya liderləri və məmurlar Ərdoğana şəfa diləklərini çatdırıblar.
Sözügedən şəxslər arasında Türkiyə müxalifətinin prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu və İYİ partiyasının sədri Meral Akşener də var.
Bununla yanaşı, Ərdoğanın sözçüsü İbrahim Kalın, ölkənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da ölkə prezidentinə şəfa diləyənlər arasında olub.


Gununsesi.info