
“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq.
Bu barədə Gununsesi.info-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, aprelin 28-dən 30-dək keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək:
“Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Gununsesi.info